Ana Səhifə

Xəritə Aləti

GeoStack-in əsas xüsusiyyəti — interaktiv xəritə üzərində coğrafi obyektlər çəkmək, koordinatları görmək və müxtəlif formatlarda ixrac etmək.

1. Layihə seçin

Sol panel yuxarısında Layihə Seçilməyib düyməsinə basın. Mövcud layihəni seçin və ya yeni yaradın. Bütün çəkilən obyektlər layihə altında saxlanır.

Layihə olmadan da çəkiş aparıla bilər, lakin saxlamaq üçün layihə tələb olunur.

2. Çəkiş alətini seçin

Nöqtə

Tək koordinat nöqtəsi. Qovluq adı, prefiks və sıra nömrəsi ilə avtomatik adlandıra bilərsiniz. Məs: p1, p2, p3...

Xətt

İki və ya daha çox nöqtəni birləşdirən xətt. Xəttə ad verin. Vertex məntiqi avtomatik işləyir.

Çoxbucaqlı

Qapalı sahə. Çəkim bitdikdə avtomatik hesablanmış area məlumatı ilə baza obyekti yaranır.

3. Çəkiş addımları

1

Alət seçin

Nöqtə / Xətt / Çoxbucaqlı düymələrindən birini seçin — altında parametr paneli açılır.

2

Başla

Mavi Başla düyməsi çəkiş rejimini aktivləşdirir.

3

Xəritəyə klik edin

Hər klik bir nöqtə/vertex əlavə edir. Koordinatlar sol paneldə LAT/LNG və Yüksəklik olaraq göstərilir.

4

Tamamla və ya İptal

Tamamla — çəkişi bitirir.
İptal — cari çəkişi ləğv edir.

5

Hamısını Sil

Hamısını Sil — xəritədəki bütün çəkilmiş obyektləri silir.

4. Status Panel

Çəkilmiş

0

Ümumi obyekt sayı

LAT / LNG

40.4749
49.8774

Kursor koordinatı

Yüksəklik (Z)

— m

Klik etdikdə ölçülür

5. Xəritə Rejimləri

Peyk Xəritə

Uydu görüntüsü (Peyk) ilə küçə xəritəsi (Xəritə) arasında keçid edin.

6. Koordinat Sistemi

İxrac zamanı koordinat sistemini seçin:

  • WGS 84 / UTM Zone 39N — metr əsaslı, Azərbaycan üçün standart
  • WGS 84 — Lat, Lng — dərəcə əsaslı, qlobal standart

7. Çəkilmiş Xüsusiyyətlər Paneli

Sağ yuxarıda Çəkilmiş Xüsusiyyətlər paneli açılır. Burada:

  • Yeni qovluq (lay) yarada bilərsiniz
  • Hər çəkilmiş obyekti görə bilərsiniz
  • Obyektlərə klik edərək xəritədə vurğulaya bilərsiniz
Command Center

Panel — İdarəetmə Mərkəzi

Panel komanda üzvlərinin canlı aktivliyini, layihə axınını və tapşırıqları real vaxtda izləmək üçündür.

Canlı İstifadəçi

Hal-hazırda sistemdə olan istifadəçilərin sayı

Canlı Aktivlik

Komanda üzvlərinin son hərəkətlərinin real-time axını

Rəylər & Tapşırıqlar

Komanda üzvlərinə tapşırıq verin, rəy bildirin

Panel yalnız daxil olmuş istifadəçilər üçün aktivdir. Giriş etmədən açılsa giriş səhifəsinə yönləndirilirsiniz.

Rəy Göndərmək

1

Sağ paneldə mətn sahəsinə tapşırıq və ya rəy yazın

2

Göndər düyməsinə (yaşıl ox) basın

3

Rəy bütün komanda üzvlərinin canlı axınında görünür

Yaddaş

GS-Drive — Fayl Anbarı

GS-Drive GeoStack-in bulud yaddaş sistemidir. GIS fayllarınızı, xəritələrinizi və hesabatlarınızı saxlayın, paylaşın.

Fayl Yükləmək

GeoJSON, KML, shapefile və digər GIS formatlarını yükləyin

Paylaşmaq

Komanda üzvləri ilə fayl paylaşın, birlikdə işləyin

GS-Drive yalnız ProQrup planı üçün aktivdir. Planları bax →
Peyk

Peyk Analiz

Uydu görüntüləri üzərində bina, yol, NDVI, su indeksi analizi aparın. Yan-yana müqayisə, 3D model, GeoTIFF oxuma daxildir.

Əsas Xüsusiyyətlər

Bina və Yol Çıxarışı (OSM)

Xəritə üzərində sahə seçin → OpenStreetMap məlumatlarından həmin ərazidəki binaları və yolları avtomatik çıxarır. Hər obyektə unikal ID verilir, adını dəyişə bilərsiniz.

NDVI — Bitki İndeksi

Normallaşdırılmış bitki sıxlığı indeksi. Dəyər 0.4+ olarsa sağlam bitki örtüyü var deməkdir.

Su İndeksi

Ərazidəki su sahəsinin ölçüsünü milyon kvadrat metr olaraq hesablayır.

Yan-Yana Müqayisə

İki xəritə görünüşünü eyni anda yan-yana müqayisə edin. Keçirici xətti sürüşdürün.

3D Model Görünüşü

Çəkilmiş ərazini 3 ölçülü modeldə görüntüləyin. Orbit Controls ilə döndərə bilərsiniz.

GeoTIFF Oxuma

GeoTIFF formatında uydu şəkli yükləyin — sistem avtomatik koordinatlara görə xəritəyə yerləşdirir.

Bina/Yol Çıxarışı — Addım Addım

1

Sol paneldə ərazinin koordinatlarını daxil edin və ya xəritədə sahə çəkin

2

OSM Çıxarışı düyməsinə basın — OSM API avtomatik sorğu göndərir

3

Binalar qırmızı, yollar mavi rəngdə xəritədə göstərilir

4

Hər obyektə klik edərək popup-da Adı Dəyişdir düyməsinə basa bilərsiniz

5

GeoJSON, KML formatında ixrac edin

CAD / GIS

Geodeziya — Peşəkar Alətlər

Geodeziya bölməsi peşəkar sahə ölçümü, nöqtə koordinat hesablaması, AutoCAD uyumlu DXF çıxarışı üçün nəzərdə tutulub.

Yüksək Dəqiqlikli Nöqtə

UTM Zone 39N koordinatları ilə nöqtə müəyyən edin. Metr dəqiqliyi ilə mövqe qeydi.

Sahə & Perimetr

Çəkilmiş çoxbucaqlı üçün avtomatik sahə (m²) və perimetr (m) hesablanır.

DXF İxracı

AutoCAD-ə uyğun DXF formatında çıxarış. Mühəndislik layihəsi üçün istifadəyə hazır.

Koordinat Cədvəli

Bütün nöqtələrin UTM/WGS84 koordinatları CSV/Excel formatında ixrac olunur.

Geodeziya bölməsinin sol panelindəki 3 qatlı menyu ilə çəkiş alətlərini, hesablama rejimini və ixrac seçimlərini idarə edin.
Qrup

Komanda İdarəetməsi

Komanda bölməsi Qrup Planı olan hesabların adminləri üçündür. Üzv dəvət edin, icazə idarə edin.

1

Üzv Dəvət Edin

E-mail ünvanı ilə komanda üzvünü dəvət edin. Dəvət linki göndərilir.

2

Rol Təyin Edin

Admin, Mühəndis, Baxıcı rollarını idarə edin.

3

Canlı Aktivlik

Panel → Komanda bölməsindən komanda üzvlərinin canlı status və aktivliyini izləyin.

Komanda bölməsi yalnız Qrup Planı adminləri üçün açıqdır. Plana bax →
İxrac

İxrac Formatları

Çəkdiyiniz obyektləri 6 fərqli formatda ixrac edin. Sol paneldə İxrac et bölməsini açın.

KML

Google Earth-də açın. Uydu görüntüsü üzərində nöqtə/xətt/sahəni göstərin.

CSV

Excel və ya Google Sheets-də açın. Koordinat cədvəli halında.

DXF

AutoCAD, QGIS, ArcGIS-də açın. Mühəndislik layihəsi üçün.

XML

Strukturlaşdırılmış markup formatı. API inteqrasiyası üçün.

GeoJSON

Web xəritə standartı. Leaflet, Mapbox, OpenLayers-ə birbaşa yükləyin.

PDF Hesabat

Rəsmi sənəd, çap üçün hazır PDF hesabat çıxarışı.

UTM Zone 39N seçərkən koordinatlar metrə çevrilir — Azərbaycan mühəndislik standartları üçün tövsiyə olunur.